EHTİYACDAN QURTARMAQ
EHTİYATI ƏLDƏN VERMƏMƏK (BURAXMAMAQ)
OBASTAN VİKİ
Qabaqcadan görmək
Qabaqcadan görmək ya Proqnozlaşdırma (İngiliscə. Forecasting) keçmiş və indiki verilərinin istiqamət və gedişini analizi (data trend analysis) əsasında gələcək haqda öncədən faktlı və məntiqli xəbər vermək prosesidir. Bir adi örnək, gələcək müəyyənləşmiş günlərdə faiz dəyişənin təxminidir. Öncədən Demək (Prediction) isə Qabaqcadan görməklə eynidir, ancaq daha ümumi sözdür. İkisi də formal statistik metodlarında olan Zaman Seriləri, keçmə-bloklu (cross-sectional), uzunasına rəqəmlər (longitudinal data), ya alternativ az formal qərar çıxarmaq metodlarını işlədirlər. Bu istifadə çeşidli sahələr arasındda fərqli ola bilər: misal üçün, hidrologiya'da, "Qabaqcadan görmə" (forecasting) və "Ön görü" (forecast) müəyyənləşmiş gələcək zamanlardakı dəyərlərin qiymətləndirilməsi için saxlanılır, halbuki "Öncədən Demək" (Prediction) ibarəti, uzun bir dönəmdə sel axımlarınının neçə dəfə baş verməsi kimi, daha çox ümumi təxminlərə işlənir. Keyfiyyətli öngörü yolları istehlakçıların düşüncə və qərarı əsasında və subyektiv dirlər. Onlar keçmiş verilər(data) əldə olmasalar uyğundurlar. Onları adətən orta və ya uzun mənzilli qərarlarda işlətmək olar. Keyfiyyətli öngörü yollarından neçə örnək: Bildirilmiş rəy və qərar (informed opinion and judgment) Delfi yolu (Delphi method) Bazar araşdırması Tarixi yaşam dövrü bənzətməsi (historical life-cycle analogy) Sayılı qabaqcadan görmə modelləri indiki və keçmiş verilər(data)dən gələcək veriləri (data`nı) əldə etmək için işlənirlər.
Ehtiyat fondu
Ehtiyat qiymət
Reserve price ~ резервированная цена ~ en düşük fiyat ~ ehtiyat qiymət – hərraclarda: gizli tutulan minimal qiymət təklifi (BID). Adətən, minimal qiymət (satıcının razı olacağı ən aşağı qiymət) potensial alıcılara elan olunur, ancaq onlayn hərraclar (məsələn, eBay) satıcılara ehtiyat qiymət adlandırılan və gizli saxlanılan minimal qiymətini göstərməyə icazə verir. Ehtiyat qiymət açıqlanmır və ondan aşağı qiymət təklifi son satış qiyməti kimi qəbul olunmur. Bax: AUCTION, EBAY. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Toxunulmaz ehtiyat
Toxunulmaz ehtiyat — fövqəladə hallarda istifadə edilməsi üçün saxlanan ərzaq, yanacaq və s.ehtiyat mallar. Toxunulmaz ehtiyat həm dövlət, həm şəxsi səviyyədə yaradıla bilər. TE silahlı qüvvələrdə, uzunmüddətli ekspedisiyalarda mütləq yaradılır. Adi hallarda toxunulmaz ehtiyat istifadə edilmir. Ancaq TE -ni yenisi ilə əvəzləmək lazım gəldikdə köhnə TE istifadə edilir. Şəxsi TE kimi avtomobillərdəki yanacağı və təkərləri, evlərdə pul vəsaitini göstərmək olar.
Ehtiyat kopya
Yedəkləmə və ya ehtiyat nüsxə (ing. backup) — arxivləşdirmə üçün, yaxud zədələnmə və ya yoxolma halında qiymətli faylların saxlanması məqsədilə proqramın, diskin və ya bəzi verilənlərin ehtiyat surətidir. Bəzi tətbiqi proqramlar faylların eyni zamanda həm cari versiyasını, həm də əvvəlki variantını diskdə saxlamaqla, onların yedək kopiyasını avtomatik yaradır. == Yedəkləmə üsulları == İnformasiyalar 3 fərqli üsulla yedəklənə bilər: Tam yedəkləmə (Full backup)- Bu üsulla yedəkləmə zamanı bütün qaynaqlar yedəklənir. Ən etibarlı üsuldur, lakin zaman və əlavə yaddaş ehtiyacı yaranır Addımlı yedəkləmə (Incremental backup) Bu tip yedəkləmədə sadəcə son yedəkdən bu yana yedəklənməmiş sənəndlər yedəklənir. Differensial yedəkləmə (Differential backup) Bu tip yedəkləmədə son tam yedəkdən bu yana yedəklənməmiş olaraq seçilən sənədlər yedəklənir.
Artımlı ehtiyat kopyalama
Artımlı ehtiyat nüsxələmə (ing. incremental backup) — sonuncu tam ehtiyat nüsxələmədən (ing. full backup) sonra dəyişikliyə uğramış faylların ehtiyat nüsxələnməsi prosesidir. == Həmçinin bax == Yedəkləmə == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Artımlı ehtiyat nüsxələmə
Artımlı ehtiyat nüsxələmə (ing. incremental backup) — sonuncu tam ehtiyat nüsxələmədən (ing. full backup) sonra dəyişikliyə uğramış faylların ehtiyat nüsxələnməsi prosesidir. == Həmçinin bax == Yedəkləmə == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Federal Ehtiyat Sistemi
Federal Ehtiyat Sistemi (FES) (daha çox FED olaraq da adlandırılır) — 1913-cü il dekabrın 23-də Federal Ehtiyat haqqında qanuna əsasən məxsusi olaraq yaradılan və ABŞ-nin Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturu. FES-in kapital formasının şəxsi olmasına baxmayaraq (aksiyaları xüsusi statusa malikdir) onun idarə olunmasında dövlət xüsusi rol oynayır. Mərkəzi bank funksiyasını icra edən müstəqil maliyyəiqtisad institutu. == Ümumi məlumat == 23 dekabr 1913 ildə "Federal ehtiyatlar haqqında" (Federal Reserve Act) qanuna əsasən yaradılmışdır. Federal Ehtiyat Sistemi ABŞ dollarının rəsmi emissiyasını həyata keçirə bilir; milli pul siyasətini (iqtisadi artımı əks etdirən pul və kredit aqreqatlarının uzunmüddətli artımını qoruyub saxlamaq və maksimum məşğulluğ, qiymət stabilliyinə nail olmaq və uzunmüddətli orta faiz dərəcələrini saxlama məqsədilə) müəyyən edir; özəl kommersiya bank institutlarının fəaliyyətinin nəzarət və tənzimlənməsini həyata keçirir; depozit institutlarına, ABŞ hökumətinə maliyyə xidmətləri göstərir. Federal Ehtiyat Sisteminin strukturu (1935 ildən): federal hökumət agentliyi – Direktorlar şurası (7 üzvünü ABŞ prezidenti seçir, senat təsdiq edir); 12 regional federal ehtiyat bankı (Atlanta, Boston, Dallas, Kanzas-Siti, Klivlend, Minneapolis, Nyu-York, Riçmond, San-Fransisko, Sent-Luis, Filadelfiya, Çikaqo). FES == FES-in strukturu == on iki regional federal rezerv bankı — ABŞ xəzinədarlığının fiskal nümayəndələri verdikləri rezerv kapitala görə Federal Ehtiyat Banklarının aksiyalarından gəlir götürən çoxsaylı özəl banklar FES-in idarəetmə sistemi : ABŞ Prezidenti tərəfindən təsdiq edilən və 7 nəfərdən ibarət İdarəetmə Şurası. Hər bir üzv 14 illiyə təyin edilir. ABŞ Prezidentinin Qanuna əsasən İdarəetmə Şurası sədrini vaxtından əvvəl vəzifədən azad etmək hüququ vardır (indiyə qədər bu maddədən istifadə edilməyib). Açıq bazar üzrə federal komitə müxtəlif məsləhət şuraları fevral 2018-ci ildən FES İdarəetmə Şurasının sədri Cerom Pauel dir.
Səni yenidən görmək (kitab)
Səni yenidən görmək - fransız yazıçısı Mark Levi tərəfindən yazılmış kitab. Ürəyiniz geridə qalsa, mütləq qayıdacaqsınız... Mark Levinin milyonlarla satılan “Kaş ki doğru olsaydı” romanının davamı olan “Səni yenidən görmək” birincisi qədər sürprizlərlə dolu bir nağıldır. Uğurlu memar Artur və idealist həkim Lauren arasındakı sevgi qaldığı yerdən davam edir; Onların fantaziya ilə reallıq arasında fırlanan həyatları yenidən San-Fransiskoda kəsişir. Gücünü itirməyən sevgiləri növbəti dəfə gözlənilməz maneələrlə qarşılaşır. "Həyat sizə ikinci bir şans versəydi, ondan maksimum istifadə etmək üçün risk edərdinizmi?" Marc Levy bu suala cavab axtararkən xəyallarını itirmiş çağımızın insanlara sevginin vəsfini təqdim edir.
Ehtiyat Bankı (Yeni Zelandiya)
Yeni Zelandiya Ehtiyat Bankı (ing. Reserve Bank of New Zealand) — Yeni Zelandiyanın mərkəzi bankı. == Tarixi == Uzun müddət Yeni Zelandiyanın pul dövriyyəsində təkcə Britaniya deyil, həm də xarici sikkələrdən (İspan, Hindistan, Portuqal, Danimarka, Hollandiya) istifadə olunurdu. 1840-1881-ci illərdə özəl istiqrazlar, 1857-1881-ci illərdə isə özəl mis tokenlər buraxılmışdır. İmperator Sikkə Qanununa (1870) əsasən, 1897-ci ildən Britaniya sikkələri yeganə qanuni ödəniş vasitəsi oldu. Dövriyyədə altı özəl bankın əskinasları da var idi (Oklend Bankı, Avstralaziya Bankı, Yeni Cənubi Uels Bankı və s.). 1 aprel 1934-cü ildə Yeni Zelandiyanın Ehtiyat Bankı Aktı qəbul edildi. 1934-cü il avqustun 1-də bank fəaliyyətə başladı və əskinaslar buraxıldı. 1936-cı ildə bank milliləşdirildi. == İstinadlar == == Ədəbiyyat == Бутаков Д.Д., Золотаренко Е.Д., Рыбалко Г.П. Валюты стран мира: Справочник (5-е изд., перераб.
Verilənlərin uzaqdan ehtiyat kopyası
Verilənlərin uzaqdan ehtiyat kopyası, həmçinin bulud ehtiyat kopyası və ya rezervlənmə xidməti (ing. backup-as-a-service, BaaS) istifadəçilərə kompüter fayllarının ehtiyat kopyasının verilməsi, məlumatların saxlanılması və bərpası üçün sistem təqdim edən xidmət. Onlayn ehtiyat provayderlər son istifadəçilərə (və ya müştərilərə) bu növ xidmət göstərən şirkətlərdir. Bu cür ehtiyat xidmətləri bulud hesablama forması hesab olunur. Onlayn ehtiyat kopya sistemləri adətən müəyyən bir cədvəl üzrə işləyən müştəri proqram təminatı üçün qurulur. Bəzi sistemlər gündə bir dəfə, adətən gecə vaxtı, yəni kompüterlər istifadə edilmədiyi saatlarda işləyir. Digər yeni bulud ehtiyat kopya xidmətləri, demək olar ki, real vaxt rejimində istifadəçi sistemlərində dəyişiklikləri ələ keçirmək üçün davamlı olaraq fəaliyyət göstərir. Onlayn ehtiyat kopya sistemi adətən verilənləri toplayır, sıxışdırır, şifrələyir və uzaqdan ehtiyat kopya xidməti təminatçısının serverlərinə və ya saytdan kənar avadanlıqlara ötürür. Verilənlərin uzaqdan ehtiyat kopyası ənənəvi ehtiyat üsullarına nisbətən üstünlüklərə malikdir: Uzaqdan ehtiyat kopya üçün istifadəçi müdaxiləsi tələb olunmur. İstifadəçi lentləri dəyişdirməli, CD-ləri etiketləməli və ya digər manual addımlar atmalı deyil.
Bir dəfə görmək... (film, 1984)
Bir dəfə görmək... qısametrajlı sənədli televiziya filmi rejissor Nicat Əliyev tərəfindən 1984-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya etnoqrafik filmi tamaşaçıları respublikamıza səyahətə çıxarır. == Məzmun == Sənədli televiziya etnoqrafik filmi tamaşaçıları respublikamıza səyahətə çıxarır, onlara qədim Naxçıvanın, bağlar diyarı Qarabağın, başı qarlı Kəlbəcərin və başqa bölgələrin görməli yerləri, tarixi abidələri, mənzərəli guşələri ilə tanış edir.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu — Azərbaycan Respublikasında dövlət büdcəsi gəlirləri əsasında mövcud olan fond. == Maliyyələşməsi == Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. == İstiqaməti == Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Məsələn, bu fondun vəsaitləri hesabına "Qızıl kitab"a adları yazılmış gənc istedadların hər biri üçün onlar 25 yaşına çatanadək 300 manat məbləğində xüsusi aylıq təqaüd təsis edilmişdir. == Qadağa və məhdudiyyətlər == Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz. Fondun vəsaitlərinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır.
Taxıl istehsalının ehtiyat mənbələri (film, 1978)
Texniki təbliğat filmi taxıl istehsalının ehtiyat mənbələri barədə söhbət açır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" rəhbərlərinin işi
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər". == Zəmin == Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi. Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar. == SEMƏMT-in rəhbərləri == İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir. Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi: Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini); İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı); Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı; İskəndər Əliyev (Az.
“Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı” rəhbərlərinin işi
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər". Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi. Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar. İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir. Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi: Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini); İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı); Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı; İskəndər Əliyev (Az.